Haqqımızda
2004-cü ildən fəaliyyət göstərən şirkətimiz 01.06.2022-ci il tarixdən “Şassi” adı ilə öz müştərilərinin xidmətindədir.
Niyə məhz “Şassi” ?
Şirkətimizin adının dəyişilməsinin əsas səbəbi keçmiş adımız sayılan “Ştutqart”, bildiyimiz kimi Almaniya şəhərinə məxsus olan ad olduğu üçün yalnız alman avtomobil markalarının məhsullarını təqdim etməyimiz kimi anlaşılırdı. Lakin şirkətimiz nəinki alman istehsalı avtomobillərinin, həmçinin yapon və koreya istehsalı avtomobil markalarının ehtiyat hissələrinin satışını həyata keçirirdi. Hətta 2022-ci ildən şirkətimiz amerika istehsalı avtomobillərinin ehtiyat hissələrinin də satışına başlamışdır. Qeyd olunan bir neçə dünya ölkələrinin avtomobil markalarının ehtiyat hissələrinin satışını həyata keçirdiyimiz təqdirdə “Ştutqart” adı ilə fəaliyyətimizin uyğun olmamasını düşünərək avtomobillərə xas olan ümumi bir ad, yəni “Şassi” adını seçdik. “Şassi” avtomobilin hərəkəti və idarəetməsi üçün zəruri olan əsas komponentlər, yəni transmissiya aqreqatları, asqı sistemi və digər avtomobilin hərəkət elementləri sayılır. Bir sözlə, avtomobilin hərəkəti və idarəetməsi üçün vacib olan komponentlərin birləşməsinə “Şassi” deyilir. Bu səbəbdən şirkətin adını ümumi avtomobilə aid olan “Şassi” sözü ilə əvəzləməyi daha uyğun hesab etdik.
Ümumi məlumat
Şirkətimiz 20 ilə yaxındır ki, Avropa və Asiyanın qabaqcıl ölkələrindən avto ehtiyat hissələrini ölkəmizə gətirməklə yanaşı həm də bir sıra nəhəng şirkətlərin rəsmi distribütoruna çevrilmişdir. Şirkətimiz Alman-Yapon-Koreya-Amerika avtomobillərinin ehtiyat hissələrinin satışını həyata keçirməklə, hal-hazırda Bakı şəhərinin Babək, Yasamal, Biləcəri, Bakıxanov, Mikrorayon, Zabrat, Neapol, Binəqədi, Bayıl, Yeni Yasamal, Koroğlu, 20 Yanvar, Xırdalan, Memar Əcəmi kimi filialları ilə yanaşı Sumqayıt və Masallı şəhərlərində filialları olan şəbəkəmiz əhatə dairəsini daha da genişləndirmək məqsədi ilə respublikamız daxilində öz filiallarını açmaqda davam edir.
Məqsədimiz
Başlıca məqsədimiz alıcılara daim sərfəli qiymətlərlə original məhsul təqdim edərək keyfiyyətsiz malları bazar dövriyyəsindən çıxarmaqdır. Şirkətimizlə əməkdaşlıq edən avto ehtiyat üzrə mütəxəssis və ekspertlər daimi olaraq alıcıların suallarını cavablandırır və yüzlərlə ehtiyat hissələri barəsində məlumat verir.
Distribütorluq
Həmçinin tanınmış avtomobil ehtiyat hissələri brendi olan "BBR” (Almaniya), “Ashika” (İtalya), “JP Group” (Danimarka), “Denckermann”-ın (Polşa), "BSG" (Türkiyyə), "Tatko Lastik" (Türkiyyə), "BMTSR" (Çin) ölkəmiz üzrə rəsmi distribütoruyuq.
Qeyd olunan avtomobil markaların
bütün növ hissələrinin satışını həyata keçiririk.
Kampaniyalar
Xəbərlər
TamKartla
bütün ehtiyat hissələri 12 ay faizsiz
Kampaniya məhsul bitənədək qüvvədədir.
Kampaniya məhsul bitənədək qüvvədədir.
Lənkəran filialı
artıq xidmətinizdə!
"Japanoil" yağları
artıq Şassi -də!
Onlayn kredit müraciəti
Mağazamıza yaxınlaşmadan
Sizə uyğun olan mağazanı seçməklə növbəti açılan
pəncərədə qeyd olunan xanaları doldurmaqla siz
kreditinizi onlayn müraciət etmiş olursunuz.
Onlayn kredit ödənişi
Heç yerə getmədən və növbələrdə vaxt itirmədən
kartınızla bir neçə addıma kredit ödənişinizi
həyata keçirə bilərsiniz.